Modern.az

Putin, Tramp və Zelenski görüşünün şərti açıqlandı

Putin, Tramp və Zelenski görüşünün şərti açıqlandı

Dünya

30 Avqust 2026, 21:26

Rusiya, ABŞ və Ukrayna prezidentlərinin üçtərəfli sammiti yalnız əldə olunan razılaşmaları yekunlaşdırmaq məqsədilə keçirilə bilər.

Modern.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşmalar “sadə sövdələşmə” ola bilməz, çünki bu, çoxsaylı detalları əhatə edən mürəkkəb prosesdir.

Peskov Rusiyanın Türkiyədə Ukrayna nümayəndələri ilə danışıqlara açıq olduğunu, lakin hazırda bunun üçün ilkin şərtlərin yaranmadığını da qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyev işində şok adlar üzə çıxdı