Modern.az

Avropa rusiyalılara viza verilməsini məhdudlaşdıra bilər

Avropa rusiyalılara viza verilməsini məhdudlaşdıra bilər

Dünya

Bu gün, 00:02

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının Avropaya səfərlərinin məhdudlaşdırılması, həmçinin Moskvanın “kölgə donanması”na daxil olan neft tankerlərinin fəaliyyətinin qarşısının alınması üçün yeni tədbirləri nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, müzakirələr Almaniyanın Rusiyanı Leypsiq hava limanına pilotsuz uçuş aparatı ilə hücumda ittiham etməsindən sonra aktuallaşıb.

Aİ ölkələrinin diplomatları mümkün tədbirləri müzakirə etmək üçün yaxın həftələrdə görüşəcəklər. Təkliflər arasında Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin məhdudlaşdırılması, rusiyalı diplomatların Şengen zonasında hərəkət imkanlarının azaldılması və Rusiya neftini daşıyan yeni gəmilərə sanksiyaların tətbiqi yer alır.

Bununla yanaşı, Avropa İttifaqı Rusiyanın müdafiə sektoru ilə əlaqəli təxminən 1600 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar paketi hazırlayır. Qəbul olunacağı təqdirdə, bu, Brüsselin indiyədək tərtib etdiyi ən geniş sanksiya siyahısı olacaq.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...