Modern.az

Tramp ABŞ Ordusunun yeni rəhbərini təyin etdi

Tramp ABŞ Ordusunun yeni rəhbərini təyin etdi

Dünya

Bu gün, 09:31

ABŞ Prezidenti Donald Tramp Daniel Driskollun istefasından sonra Adam Telleni ABŞ Ordusunun (Department of the Army) rəhbəri vəzifəsini icra edən şəxs təyin edib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“Hazırda Ordu Nazirinin mülki işlər üzrə köməkçisi vəzifəsində çalışan Adam Tellenin dərhal ABŞ Ordusunun rəhbəri vəzifəsini icra etməyə başlayacağını bildirməkdən məmnunam”, - deyə Tramp qeyd edib.

Daha əvvəl ABŞ Ordusunun rəhbəri Daniel Driskollun istefa ərizəsi verdiyi barədə məlumat yayılmışdı.

Avqustun sonunda “The Hill” qəzeti məlumatlı mənbələrə istinadən yazmışdı ki, Pentaqon rəhbəri Pit Hegset Driskollun yerinə öz mətbuat katibi Şon Parnelli ABŞ Ordusunun rəhbəri vəzifəsinə namizəd kimi nəzərdən keçirir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...