ABŞ Prezidenti Donald Tramp İranın Natanz yaxınlığındakı, Kolanq Qaz-La dağı altında yerləşdiyi ehtimal olunan nüvə obyektinə ABŞ tərəfindən çox yaxın zamanda zərbə endirilə biləcəyini istisna etməyib.
Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, İranın həmin ərazisində hər hansı fəaliyyət müşahidə olunarsa, ABŞ çox yaxın zamanda zərbə endirə bilər.
“Əgər Kirkada nə isə baş verərsə biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik”, - Tramp deyib.
Qeyd edək ki, Tramp son həftələr ərzində İranın bu ərazisi ilə bağlı dəfələrlə oxşar xəbərdarlıqlar edib.