Modern.az

Putin 3 günlük atəşkəs əmri verdi - Trampın elçilərilə görüşür

Putin 3 günlük atəşkəs əmri verdi - Trampın elçilərilə görüşür

Dünya

Bu gün, 16:18

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşneri bu gün, sentyabrın 5-də Kremldə qəbul edəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

ABŞ-ın danışıqlar üzrə nümayəndələri Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə etmək üçün şənbə günü Moskvaya gəliblər.

Peskovun sözlərinə görə, Putin sentyabrın 5-i gecə yarısından etibarən üç gün ərzində Kiyevə zərbələr endirilməməsi barədə göstəriş verib.

“Rusiya Prezidenti, Ali Baş Komandan Putin bu gün gecə yarısından etibarən üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib. Bu, amerikalıların Kiyevdəki təmaslarının hazırlanması və keçirilməsi ilə əlaqədardır”, - deyə Peskov bildirib.

Bundan əvvəl Ukrayna mediası sentyabrın 5-i gecə yarısından 8 sentyabra qədər Ukrayna Silahlı Qüvvələrində atəşkəs rejiminin tətbiq edildiyini yazmışdı.

Məlumata görə, Uitkoff və Kuşner Moskvadakı görüşlərdən sonra Kiyevə gedəcəklər. Onların sentyabrın 6-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi planlaşdırılır.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Uitkoff və Kuşneri müharibənin başa çatdırılması ilə bağlı təkliflərlə Rusiya və Ukraynaya göndərib.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab