Modern.az

Putin: Çətinliklər müvəqqətidir, Rusiya isə əbədidir

Putin: Çətinliklər müvəqqətidir, Rusiya isə əbədidir

Dünya

Bu gün, 16:39

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin üzləşdiyi çətinliklərin müvəqqəti xarakter daşıdığını bildirib.

Modern.az xəbər verir ki, Putin bu fikirləri Sankt-Peterburqda keçirilən Federal Məclisin Qanunvericilər Şurasının iclasında səsləndirib.

“Bütün bunlar müvəqqəti, keçici hadisələrdir. Rusiya isə əbədidir”, - Rusiya Prezidenti bildirib.

Putin qeyd edib ki, ölkə bəzən misli görünməmiş çağırış və risklərlə üzləşir və onların öhdəsindən gəlmək vacibdir.

Rusiya lideri həmçinin qanunvericilik fəaliyyətində yalnız qadağa və məhdudiyyətlərə üstünlük verilməməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, həddindən artıq maneələr inkişafa əngəl törədə bilər.

Putin qanunvericilik prosesinin sistemli və gələcəyə hesablanmış şəkildə qurulmasının zəruriliyini qeyd edib.

Qeyd edək ki, sözügedən açıqlama 27 aprel 2026-cı ildə səsləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab