Modern.az

Putin Uitkoffla 6-cı dəfə görüşəcək 

Putin Uitkoffla 6-cı dəfə görüşəcək 

Dünya

Bu gün, 17:44

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün yenidən görüşəcək.

Modern.az xəbər verir ki, Uitkoff və Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də danışıqlar aparmaq üçün Moskvaya gəliblər. Onların bu gün Putinlə görüşməsi gözlənilir.

Təqdim olunan məlumatlara görə, Putin və Uitkoff arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı ilk görüş 2025-ci il aprelin 11-də Sankt-Peterburqda keçirilib. Daha sonra tərəflər aprelin 25-də yenidən görüşüblər.

Sonrakı mərhələdə ABŞ və Rusiya nümayəndələri arasında təmaslar davam edib. 2025-ci ilin dekabrında keçirilən görüşdə isə Kuşner də Uitkoffla birlikdə Putinlə danışıqlarda iştirak edib.

Hazırkı səfər Ukraynada müharibənin dayandırılması üzrə danışıqların yenidən intensivləşdiyi bir vaxtda baş tutur. ABŞ nümayəndələri Moskvadan sonra Kiyevə səfər etməyi və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Uitkoff və Kuşnerin Rusiya və Ukraynaya yeni sülh təklifi ilə göndərildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ nümayəndələrinin səfəri ərəfəsində sentyabrın 5-dən etibarən üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə qərar qəbul edib. Kremlin sözçüsü Dmitri Peskov bunun amerikalı nümayəndələrin Kiyevdə keçirəcəyi təmaslarla bağlı olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab