Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 5-dən 7-dək Moskvaya zərbələr endirməkdən çəkinəcəklərini açıqlayıb.
Modern.az xəbər verir ki, bununla bağlı Zelenski özünün "Telegram" kanalında yazıb.
Zelenski bildirib ki, bu qərar ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri fonunda qəbul edilib:
“ABŞ prezidentinin nümayəndələri ilə indicə danışdıq. Onlar artıq bu gün Rusiya tərəfi ilə işə başlayıblar. Danışığımızdan etibarən danışıqlar prosesinə cəlb olunan şəhərlərə hava zərbələrinin dayandırılması rejiminə əməl etməyə hazırıq”.
O qeyd edib ki, Ukrayna bu gündən günün sonunadək, həmçinin bazar və bazar ertəsi günləri Moskvaya zərbələr endirməkdən çəkinməyə hazırdır.
“Ümid edirik ki, Rusiya da Kiyevə zərbələr endirməyəcək”, – deyə Zelenski vurğulayıb.