Modern.az

Ermənistanda katolikosun işi üzrə prokuror istefa verdi

Ermənistanda katolikosun işi üzrə prokuror istefa verdi

Dünya

Bu gün, 21:32

Ermənistanda Bütün ermənilərin katolikosu ilə bağlı cinayət işi üzrə dövlət ittihamçısı istefa verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “5-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, prokurorluq rəhbərliyi əvvəlcə Xaçatur Qalstyana işin perspektivsiz olduğunu və ilkin istintaq mərhələsində xitam veriləcəyini bildirib. Lakin sonradan iş məhkəməyə göndərilib.

Bildirilir ki, Qalstyan qarşısında iki seçim qoyulub: ya vəzifədən getmək, ya da məhkəmədə ittihamı müdafiə etmək. O, istefa verməyi seçib.

Bundan sonra dövlət ittihamçısı qismində baş prokurorun müavini Aram Aramyan təyin olunub.

Ermənistan Baş Prokurorluğu Qalstyanın vəzifədən ayrıldığını təsdiqləsə də, bunun məhkəmə prosesi ilə əlaqəli olmadığını bəyan edib.

Məlumata əsasən, bundan əvvəl də üç hakim bu işə baxmaqdan imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab