Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri qəbul edib.
Modern.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşünü yüksək qiymətləndirib.
“Putinlə ünsiyyət mənim üçün ən yaxşı və yaddaqalan hekayələrdən biridir”, – deyə Uitkoff bildirib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi görüşə görə Putinə təşəkkür edib. O, həmçinin Gilman ailəsinin azadlığa buraxılmasına görə minnətdarlığını Putinə çatdırıb və ABŞ Prezidenti Donald Trampın ən xoş arzularını Rusiya liderinə çatdırıb.