Modern.az

Rusiya Zaporojye, Xarkov və Kiyevi vurdu - Yaralananlar var - GÖRÜNTÜ

Rusiya Zaporojye, Xarkov və Kiyevi vurdu - Yaralananlar var - GÖRÜNTÜ

Dünya

5 Sentyabr 2026, 22:51

Zaporojye vilayətində yaşayış binasına pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Şəhər və vilayətdə hücumlar nəticəsində 10-dan çox insan yaralanıb.

Modern.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbə nəticəsində başqa bir yaşayış binasında da yanğın baş verib.

“Rusiya pilotsuz uçuş aparatı yaşayış binasına zərbə endirib. Yaşlı qadın xəsarət alıb. Digər binada isə düşmənin zərbəsi nəticəsində yanğın baş verib”, – deyə Zaporojye Vilayət Hərbi Administrasiyasından bildirilib.

Bundan əlavə, Xarkov vilayətinin Çuhuiv şəhərində 3, Kiyev vilayətinin Borispol şəhərində isə 2 nəfərin öldüyü qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər