İranın qərbində Həmədan-Sənəndəc avtomobil yolunda yanacaq daşıyan tanker qəzaya uğradıqdan sonra yanaraq partlayıb.
Modern.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, qəza tankerinin əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib. Daha sonra nəqliyyat vasitəsində yanğın başlayıb və tanker güclü partlayışla alışıb.
Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Yanğın xilasedicilər tərəfindən söndürülüb.