Modern.az

Uşakov: “Kiyev rejimi öz mahiyyətini artıq gizlətmir”

Uşakov: “Kiyev rejimi öz mahiyyətini artıq gizlətmir”

Dünya

Bu gün, 10:35

ABŞ nümayəndələri Kiyev hakimiyyətinin öz mahiyyətini artıq gizlətmədiyini və nasistlərin yenidən dəfni ilə məşğul olduğunu diqqətə alıblar.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin, Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən görüşü şərh edərkən deyib.

Uşakov qeyd edib ki, Rusiya tərəfi amerikalı qonaqları cəbhədəki vəziyyət və Rusiya hərbçilərinin döyüş əməliyyatları zonası boyunca irəliləyişi barədə məlumatlandırıb.

Onun sözlərinə görə, Putin ABŞ tərəfi ilə Ukrayna münaqişəsinin siyasi-diplomatik yollarla həlli istiqamətində birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Uşakov bildirib ki, üç saatdan çox davam edən görüş yalnız Ukrayna böhranı ilə məhdudlaşmayıb. Tərəflər iqtisadi məsələləri, eləcə də qarşılıqlı faydalı iri Rusiya-ABŞ layihələrinin perspektivlərini müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab