Modern.az

Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər

Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər

Dünya

Bu gün, 15:35

Pakistanın xarici işlər naziri İshaq Dar və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Modern.az xəbər verir ki, danışıq zamanı Məkkə müdafiə alyansı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq məsələlər, qarşılıqlı maraq doğuran mövzular və çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər əlaqələri sıx şəkildə davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla da telefon danışığı aparıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab