Modern.az

Lavrovdan Berlinə XƏBƏRDARLIQ: “Bu, müharibənin başlanğıcıdır”

Lavrovdan Berlinə XƏBƏRDARLIQ: “Bu, müharibənin başlanğıcıdır”

Dünya

Bu gün, 17:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Leypsiq hava limanında baş verən dron insidenti ilə bağlı Moskvaya yönəltdiyi ittihamlara münasibət bildirib.

Modern.az xəbər verir ki, Lavrov Qərbin Rusiyanı hadisəyə aid etmək cəhdlərinin faktiki olaraq “əsl müharibənin başlanğıcı” anlamına gəldiyini deyib.

Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Mertsinin açıqlamaları Berlinin Rusiya ilə qarşıdurmaya hazırlaşdığını göstərir.

Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva Almaniyanın atdığı addımlardan nəticə çıxaracaq. O, Rusiyanın Bonn şəhərindəki baş konsulluğunun və Berlindəki Rus Evimin fəaliyyətinin dayandırılmasını nümunə göstərib.

Lavrov bu addımları İkinci Dünya müharibəsi ərəfəsində diplomatik nümayəndəliklərin bağlanması ilə müqayisə edib.

Qeyd edək ki, Almaniya sentyabrın 1-də Leypsiq/Halle hava limanında drondan istifadə edilməklə həyata keçirilməyə cəhd edilən hücumun arxasında Rusiyanın dayandığını açıqlayıb. Berlin Rusiyanın konsulluğu və mədəniyyət mərkəzinin bağlanacağını, həmçinin Moskvaya qarşı əlavə tədbirlərin hazırlanacağını bildirib. Rusiya isə bu ittihamları əsassız adlandıraraq rədd edib.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab