Modern.az

Putin Kadırovun oğlunu təltif etdi

Putin Kadırovun oğlunu təltif etdi

Dünya

Bu gün, 20:04

Çeçenistan Respublikası hökuməti sədrinin müavini, fiziki tərbiyə və idman naziri Axmat Kadırov Rusiya Prezidentinin sərəncamı ilə II dərəcəli “Vətənə xidmətlərə görə” medalı ilə təltif edilib.

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri və hökumətinin administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, gənc yaşına baxmayaraq, Axmat Kadırov özünü bacarıqlı mütəxəssis və idarəçi kimi göstərib. O, fiziki mədəniyyət və idman nazirliyində qısa müddət ərzində yüksək nəticələr əldə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab