Meksikanın Mexiko ştatının Temaskalsinqo şəhərində pirotexniki vasitələrin partlayışı nəticəsində doqquz nəfər ölüb, daha 24 nəfər yaralanıb.
Modern.az-ın yerli mediaya istinadən məlumatına görə, bu barədə ştatın mülki müdafiə orqanının rəhbəri Adrian Ernandes Romero deyib.
"Pirotexniki vasitələrin saxlanıldığı binanın damı uçaraq içəridəki insanların üzərinə düşüb. Səkkiz nəfər hadisə yerində ölüb, daha bir nəfər isə daha sonra Atlakomulko Mərkəzi Xəstəxanasında ölüb", - açıqlamada bildirilir.
Nəşrin məlumatına görə, partlayış zamanı kilsə dini bayramı qeyd edirmiş və binada izdiham var imiş.
Hadisə yernə Mülki Müdafiə qüvvələri, Mexiko şəhərinin Qəza-Xilasetmə Dövlət Xidməti, Milli Fövqəladə Hallar Komissiyası və ştat polisi cəlb edilib.