Modern.az

Görənlər dəhşətə gəldi - GÖRÜNTÜ

Görənlər dəhşətə gəldi - GÖRÜNTÜ

Dünya

Bu gün, 12:15

İndoneziyada Anak-Krakatau vulkanı püskürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kül sütunu atmosferə təxminən 50 min fut (15 kilometr) yüksəlib. Kül buludları küləyin təsiri ilə şimal-şərq və şimal-qərb istiqamətinə yayılaraq paytaxt Cakartanı, həmçinin Banten, Qərbi Yava və Lampunq əyalətlərini əhatə edib.

Rəsmilər vulkan üçün 3-cü təhlükə səviyyəsi elan ediblər.

Hadisə ilə əlaqədar ölkədə 7 hava limanının fəaliyyəti dayandırılıb. Onların arasında Cakartadakı əsas beynəlxalq hava qovşağı - Soekarno-Hatta hava limanı da var. Hazırda 1 500-dən çox aviareys ləğv edilib, gecikdirilib və ya başqa istiqamətə yönləndirilib. Hava limanlarının terminallarında isə təxminən 170 min sərnişinin qaldığı bildirilir.

Vulkanın püskürməsi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab