Modern.az

Moskva və Kiyevdəki danışıqların əsas mövzusu açqlanıb

Moskva və Kiyevdəki danışıqların əsas mövzusu açqlanıb

Dünya

Bu gün, 15:33

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni, sahibkar Cared Kuşner Moskva və Kiyevdə keçirilən görüşlərə yenilənmiş sülh sənədləri aparıblar.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, amerikalı nümayəndələr əvvəlki danışıqlarda qəbul edilmiş sənədlərin yeni versiyalarını təqdim ediblər. Sənədlər danışıqların dayanmasından sonra yaranmış dəyişmiş vəziyyət nəzərə alınaraq yenilənib.

FT qeyd edir ki, Uitkoff və Kuşner danışıqlara çox sayda yeni ideya gətirməyib. Onlar bunun əvəzinə Moskva və Kiyev arasındakı fikir ayrılıqlarını azaltmaq məqsədilə əvvəlki təkliflər ətrafında müzakirələri yenidən canlandırmağa çalışıblar.

Məlumata görə, danışıqların əsas mövzularından biri Donbasın ərazi məsələsi olub.

Qeyd edək ki, Kuşner sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü müsbət qiymətləndirib. O, görüşün çox yaxşı dialoq olduğunu və tərəflərin bir sıra mühüm məsələləri müzakirə etdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?