Tanzaniya Prezidenti Samia Suluhu Hasanın həyat yoldaşı Hafid Ameir Hasan ürək xəstəliyi səbəbindən Zənzibar adasındakı xəstəxanada vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə sentyabrın 7-də yerli “The Citizen” nəşri məlumat yayıb.
Məlumatl Tanzaniyanın vitse-prezidenti Deoqratius Ndembebe təsdiqləyib.
Məlumata görə, prezidentin həyat yoldaşı yerli vaxtla saat 08:00 radələrində Emilio Mzena adına xəstəxanada dünyasını dəyişib. Hazırda onun dəfn mərasiminə hazırlıq Kizimkazi kəndində aparılır.
Hafid Ameir Hasan peşəkar aqronom olub. O, ictimai tədbirlərdə nadir hallarda iştirak edib.
Hafid Ameir Hasanlə Samia Suluhu Hasan 1978-ci ildə ailə qurublar. Cütlüyün nikahından dörd övlad dünyaya gəlib.
Samia Suluhu Hasan