Modern.az

Rusiya Kiyevi vurdu: ölən və yaralananlar var

Rusiya Kiyevi vurdu: ölən və yaralananlar var

Dünya

Bu gün, 10:40

Ukraynada Rusiyanın ötən gecə həyata keçirdiyi kütləvi hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hücum Kiyev və Kiyev vilayəti ilə yanaşı, ölkənin digər bölgələrini də əhatə edib.

“Bu, rusların insanların həyatına mümkün qədər böyük zərər vurmaq məqsədilə qəsdən planlaşdırdığı mürəkkəb hücum idi. Ballistik, qanadlı və gəmiəleyhinə raketlər, reaktiv ‘Şahid’lərdən istifadə olunub. Paytaxtda yaşayış binalarına və digər mülki infrastruktura ciddi ziyan dəyib”, – Zelenski deyib.

Prezident bildirib ki, paytaxta endirilən zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları isə 13 nəfəri xilas edə bilib.

Zelenski Rusiyanın digər bölgələrə hücumları barədə də məlumat verib. Onun sözlərinə görə, Kiyev vilayətində kritik infrastruktur obyektləri vurulub.

“Odessa vilayətində adi bazara zərbə endirilib. Xarkovda iki nəfər yaralanıb, çoxmənzilli bina zədələnib. Səhər saatlarında Sumı vilayətində dəmir yolu stansiyasında Kiyev–Sumı qatarının teplovozuna hücum edilib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. İnsanların təxliyəsi davam edir. Zərbələr Zaporojye və Dnepropetrovsk vilayətlərinə də endirilib”, – Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, gecə ərzində Ukrayna Müdafiə Qüvvələri 175 hava hədəfini məhv edib. Lakin Rusiyanın hücum vasitələrinin bir hissəsi qarşıya qoyulan hədəflərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM