İranda siyasi elita daxilində fikir ayrılıqları yenidən gündəmə gəlib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident (2013-2021), islahatçı qanadın nümayəndəsi Həsən Ruhani ABŞ ilə müharibənin davam etdirilib-etdirilməməsi məsələsinin xalqın iradəsi ilə müəyyənləşdirilməsini təklif edib.
Ruhani bildirib ki, ölkənin qarşısında duran milli məqsədlər əvvəlcə dəqiq müəyyənləşdirilməli, daha sonra xalqın müzakirəsinə təqdim olunmalıdır. Onun sözlərinə görə, əgər xalq müharibənin davam etdirilməsini istəyirsə, qarşıdurma davam etdirilə bilər, əks halda insanların iradəsi nəzərə alınmalıdır. Bu mövqe SEPAH (İran İslam İnqilabının Keşçikçiləri Korpusu) tərəfindən faktiki olaraq müharibə ilə bağlı referendum çağırış və Ali Rəhbər Möctəba Xameneiyə qarşı çağırış kimi qiymətləndirilib.
Həsən Ruhaninin həbs edilməsi məsələsi gündəmə gəlib. Bu açıqlama İranda hakimiyyət daxilində müharibənin davam etdirilməsi və mümkün razılaşma məsələsində fikir ayrılıqlarının olduğu barədə müzakirələri yenidən gücləndirib.
Qeyd edək ki, ABŞ ilə İran arasında fevralın 28-də başlayan hərbi qarşıdurma hazırda qarşılıqlı blokada və az intensiv qarşıdurma səviyyəsindədir.