Modern.az

Putinlə Tramp bir saat telefon danışığı aparıb

Putinlə Tramp bir saat telefon danışığı aparıb

Dünya

Bu gün, 19:21

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Onun sözlərinə görə, telefon danışığı düz 1 saat davam edib, konstruktiv və açıq xarakter daşıyıb.

Putinlə Tramp ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərinin nəticələrini müsbət qiymətləndiriblər, bu səfərlərin davam etdiriləcəyi razılaşdırılıb.

Uşakovun sözlərinə görə, Tramp Ukraynadakı münaqişəyə son qoymaq istəyindən danışıb. Belə ki, Tramp prezidentliyi dövründə Ukrayna münaqişəsi üzrə irəliləyiş əldə etməkdə maraqlıdır.

Uşakov qeyd edib ki, Putin Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Amerikalıların hərbi əməliyyatlara son qoymaq üçün hansı konkret tədbirlər görə biləcəyi qeyd olunub.

Putin telefon danışığı zamanı Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını deyib.

“Qeyd olunub ki, bu, sadəcə hərbi xərclərin artırılması üçün bir pərdədir”, - Putinin köməkçisi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi