Modern.az

Malayziyada helikopter qəzaya uğradı, 5 nəfər öldü

Malayziyada helikopter qəzaya uğradı, 5 nəfər öldü

Dünya

8 Sentyabr 2026, 19:55

Malayziyanın Borneo adasına aid olan ərazisində "BO-105" modelinə məxsus tibbi aviasiya helikopteri qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, Malayziyanın Mülki Aviasiya İdarəsi (CAAM) hadisə zamanı hava gəmisinin göyərtəsində olan beş nəfərin, o cümlədən pilotun həlak olduğunu təsdiqləyib.

Məlumata görə, faciə sentyabrın 8-də Saravak ştatının ucqar Lonq-Lelanq yaşayış məntəqəsi yaxınlığındakı uçuş-enmə zolağının ətrafında qeydə alınıb.

Helikopter çətin gedilən bölgələrin sakinlərinə təcili yardım göstərən xidmət çərçivəsində növbəti planlaşdırılmış tibbi reysi həyata keçirirmiş.

Qəzanın dəqiq səbəbləri və təfərrüatı araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?