Almaniyada qocalar evinə bıçaqlı hücum olub.
Modern.az-ın məlumatına görə, hücum nəticəsində 86 yaşlı qadın həyatını itirib. 81 və 83 yaşlı daha iki qadın isə ağır yaralanıb.
Hücumu törətməkdə şübhəli bilinən 72 yaşlı şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.