Kanadanın Alberta əyalətindəki Ueynrayt Hərbi Bazasında baş verən yanğın nəticəsində dörd əsgər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
Modern.az xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni hərbi bazadakı yanğından zərər çəkən hərbçilərə görə kədərləndiyini bildirib.
Yanğın hərbi bazanın hüdudlarından kənara yayılıb, güclü külək yanğını daha da alovlandırıb.