Modern.az

İsrailə uçan təyyarə Sofiyada təcili eniş etdi - bomba var

İsrailə uçan təyyarə Sofiyada təcili eniş etdi - bomba var

Dünya

Bu gün, 02:57

"Austrian Airlines" şirkətinin Təl-Əvivdən Vyanaya uçan təyyarəsi təhlükəsizlik təhdidi səbəbindən Sofiyada təcili eniş edib

Modern.az xəbər verir ki, həyəcan siqnalına səbəb təyyarənin salonunda şübhəli əşyanın aşkarlanması olub. Bundan sonra ekipaj fövqəladə vəziyyət siqnalı verib.

Sərnişinlər Ynet nəşrinə bildiriblər ki, insidentə səbəb təyyarədə bomba olması barədə anonim məlumat olub. Portalın məlumatına görə, təyyarədə Birləşmiş Millətlər Təşkilatında çıxış etməli olan bir qrup gəncdən ibarət nümayəndə heyəti olub. Sərnişinlər təyyarəni tərk ediblər.

Hadisə “Flydubai” aviaşirkətinin Təl-Əvivə uçan təyyarəsinin ikinci pilotunun təyyarəni qəsdən qəzaya uğratmağa cəhd etməsindən üç həftədən də az müddət sonra baş verib. Həmin vaxt təyyarənin kapitanı və bir neçə israilli sərnişin faciənin qarşısını ala bilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı