Kanadada hərbi bazada baş verən faciə ilə əlaqədar ölkə üzrə dövlət bayraqları yarıya endirilib.
Modern.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni açıqlama verib.
Baş nazir bildirib ki, Alberta əyalətində yerləşən Ueynrayt (Wainwright) hərbi bazasında baş verən güclü yanğın nəticəsində 4 hərbçi həlak olub, 39 nəfər yaralanıb. Yaralılardan 19-nun vəziyyəti ağırdır.
Faciə oktyabrın 17-də hərbi təlim zamanı baş verib. Güclü külək ərazidə başlayan yanğının sürətlə yayılmasına səbəb olub.
Mark Karni hadisəni Kanada Silahlı Qüvvələrinin sülh dövründə ölkə ərazisində üzləşdiyi ən ağır faciələrdən biri adlandırıb.
“Ölkəmiz həlak olan hərbçilərimizə görə matəm içindədir”, – deyən Baş nazir onların xatirəsinə ehtiram əlaməti olaraq bütün federal dövlət binalarında bayraqların yarıya endirilməsi barədə göstəriş verib.
Hadisənin səbəbləri araşdırılır.