Modern.az

Fransanın daxili işlər naziri istefa verdi

Fransanın daxili işlər naziri istefa verdi

Dünya

Bu gün, 09:53

Fransanın daxili işlər naziri Loran Nunyes ölkə Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Loran Nunyes istefa ərizəsini oktyabrın 17-də Fransada qiymət artımına və təhsil xərclərinə qarşı keçirilən, daha sonra kütləvi iğtişaşlar, talanlar və polis rəsmiləri ilə şiddətli qarşıdurmalarla müşayiət olunan genişmiqyaslı etiraz aksiyalarından sonra təqdim etmişdi. Maraqlı tərəflər və müxalifət kəsimi təhlükəsizlik qüvvələrinin hazırlıqsızlığını kəskin tənqid edərək nazirin istefasını tələb edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində