Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla canlı xətt formatında görüşü və böyük mətbuat konfransı bu ilin dekabrında keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. TASS agentliyinin yaydığı məlumata görə, tədbirə hazırlıq artıq başlayıb.
Peskov daha əvvəl Kremlin builki tədbiri də 2025-ci ildə olduğu kimi, canlı xətt və böyük mətbuat konfransının birləşdirildiyi formatda keçirməyi planlaşdırdığını bildirmişdi. Həmin vaxt dövlət başçısının mətbuat katibi əlavə təfərrüatları açıqlamamışdı.
Xatırladaq ki, 2025-ci il dekabrın 19-da “Vladimir Putinlə ilin yekunları” adlı proqram keçirilib. Həmin tədbirdə prezident həm jurnalistlərin suallarını cavablandırıb, həm də vətəndaşlarla canlı ünsiyyət qurub.
Putin ötənilki proqram zamanı sualları təxminən 4 saat yarım ərzində cavablandırıb.