Qaqik Vanoyan Ermənistanın Dövlət Protokolu Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd edək ki, Qaqik Vanoyan 2022-ci ilin dekabrından bu vəzifəni tuturdu. O, eyni zamanda, Ermənistan Gimnastika Federasiyasının prezidentidir.