Modern.az

Etirazlar İtaliyanı cənginə aldı: mağazaları talayıb, yanğın törətdilər

Etirazlar İtaliyanı cənginə aldı: mağazaları talayıb, yanğın törətdilər

Dünya

19 Oktyabr 2026, 23:17

İtaliyada yaşayış xərclərinin artmasına qarşı keçirilən etirazların ikinci dalğası həftəsonu ölkəni bürüyüb. Ölkənin şimalında minlərlə tələbə aşağı əməkhaqlarına, yüksək vergilərə, ərzaq və yanacağın bahalaşmasına, eləcə də dövlət maliyyələşməsinin azaldılmasına etiraz edib.

Modern.az xarici mediaya istinadla bildirir ki, cənubda isə fermerlər və yük maşını sürücüləri ötən həftədən limanları və əsas magistral yolları bağlayıblar.

Onlar İranda müharibə səbəbindən artan yanacaq qiymətlərinə etiraz edirlər. Blokadalar nəticəsində supermarketlərdə və yanacaqdoldurma məntəqələrində məhsul qıtlığı yaranıb.

Ən böyük aksiya Milanda keçirilib. Polisin məlumatına görə, burada təxminən 2 min nəfər toplaşıb. Bolonya, Turin, Breşiya, Berqamo və digər şəhərlərdə də yürüşlər təşkil olunub.

Aksiyaların bir qismi iğtişaşlara çevrilib. Maskalı şəxslər mağazaları talan edib, yanğınlar törədib və polisə müxtəlif əşyalar atıblar. Hüquq-mühafizə orqanları isə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Milanda 32 nəfər saxlanılıb. Onların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Hadisələr zamanı 14 polis əməkdaşı xəsarət alıb.

Yerli biznes assosiasiyası baş verən hadisələr nəticəsində dəyən zərəri 1 milyon avrodan çox qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər