ABŞ-ın Virciniya ştatının sakini ərinin hədiyyə etdiyi lotereya bileti sayəsində 577 min dollar qazanıb.
Modern.az xəbər verir ki, qadının sözlərinə görə, əri ona bir neçə lotereya bileti gətirib. Onlardan biri udan bilet olub və nəticədə cütlük böyük məbləğdə pul qazanıb.
Qalib qadın pul mükafatını səyahətlərə xərcləməyi planlaşdırdığını bildirib.