Modern.az

Avropaya qorxunc proqnoz - Tramp onların deportasiya olunmasını istədi

Avropaya qorxunc proqnoz - Tramp onların deportasiya olunmasını istədi

Dünya

Bu gün, 00:20

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin sərhəd siyasətini sərtləşdirməyəcəyi və onun cinayətkar adlandırdığı şəxsləri ölkələrindən deportasiya etməyəcəyi təqdirdə Avropanı ağır gələcəyin gözlədiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, Avropa dövlətləri sərhədlərini bağlamalı və etiraz aksiyalarında iştirak edən, onun fikrincə, cinayətkar hesab olunan şəxslərə qarşı tədbirlər görməlidirlər.

ABŞ prezidenti bu addımların atılmamasının Avropa üçün ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, bununla bağlı əlavə təfərrüat açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər