Modern.az

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

Dünya

Bu gün, 12:28

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin sifarişi ilə “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir.

“Reuters” reytinqin növbəti dəfə aşağı düşməsini amerikalıların benzinin yüksək qiymətlərindən narazılığı ilə əlaqələndirir. Agentliyin fikrincə, bu vəziyyət noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdə Respublikaçılar Partiyasının nəticələrinə mənfi təsir göstərə bilər.

Sorğunun nəticələrinə əsasən, Konqresə seçkilər indi keçirilsəydi, qeydiyyatdan keçmiş seçicilərin 47 faizi Demokratlar Partiyasına, 35 faizi isə Respublikaçılar Partiyasına səs verərdi.

“Reuters” qeyd edir ki, demokratların 12 faiz bəndi ilə üstünlüyü hazırkı seçki dövründə qeydə alınan ən böyük fərqdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı