Modern.az

Regionda təhlükəsizlik istəyirsinizsə... – İran qonşularına şərt qoydu

Regionda təhlükəsizlik istəyirsinizsə... – İran qonşularına şərt qoydu

Dünya

Bu gün, 12:34

İran regional təhlükəsizlik mexanizminin yaradılması üçün qonşu ölkələrin öz ərazilərindən digər dövlətlərə qarşı təhdid və hücum məqsədilə istifadəyə imkan verməməli olduğunu bildirib.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Qonşu ölkələr öz ərazilərini təcavüzkarın istifadəsinə verdiyi halda mehriban qonşuluq münasibətlərindən danışmaq olmaz”, – o vurğulayıb.

Bəqayi bildirib ki, region ölkələri təhlükəsizlik mexanizmi yaratmaq niyyətindədirlərsə, ilk addım xarici qüvvələrin onların ərazilərindən digər ölkələrə qarşı təhdid və hücumlar üçün istifadə etməsinin qarşısını almaq olmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı