Modern.az

ABŞ Putinə yeni sülh planı təqdim edəcək

ABŞ Putinə yeni sülh planı təqdim edəcək

Dünya

Bu gün, 07:30

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Ukraynadakı müharibənin dayandırılması üçün yeni sülh təklifini təqdim etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ rəsmisinə istinadən “Axios” məlumat yayıb.

Bildirilib ki, Uitkoff Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa ölkələrinin nümayəndələri və NATO rəsmiləri ilə keçirilən danışıqlardan sonra Rusiyaya səfər edəcək.

Danışıqlarda müharibənin dayandırılması üçün vahid təklifin hazırlanması müzakirə olunub. Amerika tərəfinin məlumatına görə, tərəflər növbəti addımlarla bağlı əhəmiyyətli irəliləyiş əldə ediblər.

Ukrayna nümayəndə heyəti də görüşdə yeni təkliflər irəli sürüb.

Uitkoffun Putinlə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan görüşünə Donald Trampın müşaviri Cared Kuşnerin onlayn qoşulacağı gözlənilir.

Vaşinqton yeni təkliflərin Rusiya, Ukrayna və ABŞ arasında birbaşa danışıqlara şərait yaradacağına ümid edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində