Modern.az

NATO Qara dənizə əlavə hərbi qüvvələr göndərir

NATO Qara dənizə əlavə hərbi qüvvələr göndərir

Dünya

Bu gün, 08:16

NATO Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların artması fonunda regionda hərbi mövcudluğunu və təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi və “Reuters” məlumat yayıb.

Bildirilib ki, NATO-nun əsas qərarverici orqanı olan Şimali Atlantika Şurası Brüsseldə Qara dənizdəki təhlükəsizlik vəziyyətini müzakirə edib.

İclasın nəticəsinə əsasən, regiona əlavə dəniz patrul təyyarələri, radar sistemləri, pilotsuz uçuş aparatları, kəşfiyyat və araşdırma qrupları göndəriləcək.

NATO-nun sözçüsü Allison Hart bildirib ki, alyans artıq şərq cinahında müdafiə imkanlarını, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı mübarizə qabiliyyətini gücləndirib.

Onun sözlərinə görə, NATO üzv ölkələrin təhlükəsizliyini təmin etmək və mümkün təhdidlərə qarşı birgə fəaliyyət göstərmək əzmindədir.

Qərar son günlər Bolqarıstan və Rumıniya sahilləri yaxınlığında ticarət gəmilərinə qarşı hücumların artmasından sonra qəbul edilib.

Oktyabrın 13-də Bolqarıstan sahillərində iki gəmi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Gəmilərdən biri batıb.

Daha sonra Rumıniya sahilləri yaxınlığında San-Marino və Komor adaları bayraqları altında üzən iki ticarət gəmisinə hücum edilib.

San-Marino bayraqlı gəmidəki 12 heyət üzvündən 5-i xilas edilib, 7 nəfər isə itkin düşüb.

Hücumlarda Rusiyanın əli olduğu ehtimal edilsə də, NATO hadisələrə görə rəsmi şəkildə hər hansı ölkəni ittiham etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran sərhədində gərginlik - İsrail qırıcıları hərəkətə keçdi