Rusiya ABŞ-nin dizel yanacağına olan tələbatını ödəməyə hazırdır. “Dizel sazişi” çərçivəsində yanacaq daşıyan ilk tanker oktyabrın 22-də ABŞ-yə yola düşəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlayıb.
“İmkanlarımız daxilində ABŞ-nin dizel yanacağına olan tələbatını ödəyəcəyik”, – deyə Rusiya baş nazirinin müavini bildirib.
Aleksandr Novak daha əvvəl “Vesti”yə müsahibəsində tədarüklərin daxili bazarda dizel yanacağının qiymətinə təsir göstərməyəcəyini vurğulamışdı. O izah etmişdi ki, ölkədə istehsal gücləri daxili tələbatı iki dəfə üstələyir.
Oktyabrın 9-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub. Danışıqdan sonra ABŞ Prezidenti Donald Tramp enerji sahəsində genişmiqyaslı razılaşmanın əldə olunduğunu elan edib.