Modern.az

Ermənistan KTMT-yə qayıtmayacaq

Ermənistan KTMT-yə qayıtmayacaq

Dünya

Bu gün, 18:24

Ermənistan xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıda biləcəyini təsəvvür etmədiyini bildirib.

Modern.az xəbər verir ki, o, parlamentdə jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Talatbek Masadıkovun son bəyanatlarını şərh edərkən bu fikri səsləndirib.

“Dünyada hər şey bir-birinə qarışıb. Hesab edirəm ki, hamımız birlikdə hər şeyi tam şəkildə müəyyənləşdirməliyik. Şəxsən mən Ermənistanın KTMT-yə necə qayıda biləcəyini təsəvvür etmirəm”, - Mirzoyan vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı