Modern.az

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

21 Oktyabr 2026, 23:15

ABŞ Maliyyə Nazirliyi İranın neft daşımalarına yardım göstərməkdə ittiham olunan şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sanksiya siyahısına Yunanıstan və Panamada fəaliyyət göstərən “Karnakis & Karnakis” hüquq şirkəti daxil edilib. Vaşinqton şirkəti İran neftini daşıyan gəmilərin həqiqi sahiblərini gizlətmək üçün saxta şirkətlər yaratmaqda ittiham edir.

ABŞ hakimiyyəti İranla mümkün maliyyə əlaqələri səbəbindən Yunanıstan banklarından biri ilə bağlı araşdırmaya başlayıb. Daha altı Avropa bankından isə məlumat tələb olunub.

Bundan başqa, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən gəmiçilik agentlərinə də sanksiyalar tətbiq edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı