Modern.az

Avropa İttifaqı Ukrayna üçün 70 milyard avro axtarır

Avropa İttifaqı Ukrayna üçün 70 milyard avro axtarır

Dünya

21 Oktyabr 2026, 23:42

Avropa İttifaqı Ukraynanın 2027-ci ildə yaranacaq 70 milyard avroluq maliyyə çatışmazlığının aradan qaldırılması yollarını müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Avropa İttifaqındakı mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, noyabrın 26-27-də keçiriləcək xüsusi sammitdə Ukraynaya əlavə maliyyə yardımının ayrılması və Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsi gündəmdə olacaq.

Avropa İttifaqı 2027-ci ildə Ukraynaya 45 milyard avro ayırmağı planlaşdırsa da, ölkənin əlavə maliyyə ehtiyacının təxminən 70 milyard avro təşkil etdiyi bildirilir.

Bu səbəbdən Aİ ölkələrinin yeni maliyyələşdirmə mexanizmlərini, o cümlədən əlavə kreditlərin ayrılması imkanlarını nəzərdən keçirəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı