Meksikada Çihuahua ştatının keçmiş baş prokuroru Sezar Xaureqiyə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Meksika federal prokurorluğunun məlumatına görə, keçmiş vəzifəli şəxs ABŞ əməkdaşlarının federal hökumətin razılığı olmadan ölkə ərazisində narkotiklərlə mübarizə əməliyyatında iştirakına şərait yaratmaqda ittiham edilir.
Söhbət aprel ayında Çihuahua ştatında narkotik istehsalı ilə əlaqəli olduğu ehtimal edilən obyektə keçirilmiş əməliyyatdan gedir.
Hadisə əməliyyatda iştirak etmiş iki amerikalı əməkdaşın yol qəzasında həlak olmasından sonra üzə çıxıb.
Məhkəmə Xaureqinin barəsində ilkin həbs qərarı çıxarıb. İşin ABŞ və Meksika arasında təhlükəsizlik əməkdaşlığına təsir göstərə biləcəyi bildirilir.