Kanada hökuməti və Ontario əyalətinin rəhbərliyi ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinin təsirini azaltmaq üçün 9 milyard Kanada dolları (təxminən 6,4 milyard ABŞ dolları) həcmində dəstək paketi elan edib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Paket əsasən polad və avtomobil sənayesinin dəstəklənməsini, istehsal imkanlarının genişləndirilməsini və strateji mineral ehtiyatlarının inkişafını nəzərdə tutur.
Vəsaitin 5 milyard Kanada dollarından çoxu polad sənayesinin modernləşdirilməsinə, 2,5 milyard dolları elektromobil istehsalının artırılmasına yönəldiləcək.
Bundan başqa, mineral ehtiyatları ilə zəngin Ontario bölgəsinə nəqliyyat infrastrukturunun qurulması üçün 1 milyard Kanada dolları ayrılacaq.
Qərar ABŞ-ın tarif siyasətinin Kanada iqtisadiyyatına mənfi təsirlərini azaltmaq məqsədi daşıyır.