İranın ali lideri Müctəba Xamenei ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb. Görüşdə İranın ABŞ və İsraillə münaqişəsi müzakirə olunub.
Modern.az xəbər verir ki, bu barədə İranın ali liderinin ofisi məlumat yayıb.
ABŞ-la danışıqlarda İran nümayəndə heyətinin rəhbəri rolunu yerinə yetirən Qalibafla Xameneinin görüşü Tehranla Vaşinqton arasında münaqişənin gərginliyini azaltmaq üçün vasitəçilərin səylər göstərdiyi bir vaxta təsadüf edib.
Bununla yanaşı, noyabrın əvvəlində ABŞ-da Konqresə keçiriləcək seçkilərdən sonra hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalı da gündəmdədir.
Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian da Müctəba Xamenei ilə əlaqə saxladığını bildirmişdi.
Qeyd edək ki, Müctəba Xamenei bu ilin mart ayının əvvəlində İranın ali lideri seçildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.