Modern.az

Putin Uitkoffa yazılı təkliflər verməyib

Putin Uitkoffa yazılı təkliflər verməyib

Dünya

Bu gün, 16:25

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Ukrayna münaqişəsinin nizamlanmasına dair əks təklifləri əks etdirən heç bir yazılı sənəd təqdim etməyib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin bununla bağlı sualına Kremlin sözçüsü “xeyr” cavabını verib. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vaşinqtondan gətirilən təklifləri nəzərdən keçirəcək.

Xatırladaq ki, oktyabrın 21-də Sankt-Peterburqda Vladimir Putinlə Stiv Uitkoff arasında görüş keçirilib.

Rusiyaya gəlməzdən əvvəl Uitkoff ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə Osloda danışıqlarda iştirak edib. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe də iştirak ediblər.

Sankt-Peterburqdakı görüşün əvvəlində Putin ABŞ Prezidenti Donald Trampa Ukrayna məsələsinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. O, Norveçdə keçirilən müzakirələrin nəticələri ilə maraqlanıb və ABŞ-la iqtisadi münasibətlərin yenidən canlandırılmasında maraqlı olduqlarını vurğulayıb.

Uitkoff isə böhranın həlli ilə bağlı yanaşmaları əks etdirən sənədləri özü ilə gətirdiyini bildirib. O, həmçinin münaqişə başa çatdıqdan sonra iki ölkə arasında işgüzar əməkdaşlığın inkişafı üçün yeni imkanların yaranacağı fikri ilə razılaşıb.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!