Modern.az

Le Penin reytinqi yüksəlib

Le Penin reytinqi yüksəlib

Dünya

Bu gün, 18:19

Fransada ifrat sağ “Milli Birlik” partiyasının lideri Marin Le Penin etirazlar fonunda reytinqi yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, Ukraynaya yardımın dayandırılmasının tərəfdarı olan sağçı siyasətçinin reytinqi sentyabrın sonundan etibarən üç həftə ərzində 32 faizdən 36 faizə yüksəlib.

Etirazları dəstəkləyən radikal solçu lider Jan-Lük Melanşonun reytinqi də cüzi artaraq 16 faizdən 16,5 faizə çatıb. O, ikinci pilləyə yüksəlib.

Mərkəzçi namizədlərin reytinqlərində isə geriləmə qeydə alınıb. Keçmiş baş nazir Eduard Filipin reytinqi 14 faizdən 12 faizə düşüb. Makronun partiyasının namizədi Qabriel Attalın reytinqi isə 5 faizə enib. Mərkəz-sol qüvvələrin nümayəndəsi Rafael Qlükman 13,5 faiz dəstək qazanır.

Proqnozlara görə, ikinci turda Marin Le Pen bütün mümkün rəqibləri üzərində inamlı qələbə qazanır. “Milli Birlik” partiyasının lideri Jan-Lük Melanşona qarşı 68 faiz, Eduard Filipə qarşı 56 faiz, Rafael Qlükmana qarşı 57 faiz, Qabriel Attala qarşı 58 faiz, Fransua Ollanda qarşı isə 59 faiz səs toplayır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!