İran ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl neft qiymətlərini artırmaq üçün əlindən gələn hər şeyi edir.
Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Onun saxta hücumlar, minalar və digər hadisələr uydururlar. ABŞ lideri bildirib ki, hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox neft keçir:
"Etirazçıları və qarşılarına çıxan hər kəsi öldürməyə davam edirlər. Bu, həqiqətən də, çox pis bir rejimdir. Ümid edirəm ki, Amerika xalqı və bütün dünya onların nə qədər qəddar olduğunu anlayacaq. Yeddi aydan az müddətdə 75 min etirazçı həyatını itirib. Dünyanın və Demokratlar Partiyasının buna əhəmiyyət vermirmiş kimi görünməsi həqiqətən təəccüblüdür. İran heç vaxt nüvə silahına sahib ola bilməz və heç vaxt nüvə silahına sahib olmayacaq".