Modern.az

Fransada iğtişaşlardan sonra 2700 nəfər saxlanılıb

Fransada iğtişaşlardan sonra 2700 nəfər saxlanılıb

Dünya

Bu gün, 20:46

Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen jurnalistlərə açıqlamasında bildirib.

“Ümumilikdə 2700 nəfər saxlanılıb, onlardan 217-si şənbə günündən etibarən həbsdədir”, – nazir deyib.

O qeyd edib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb. “Həqiqətən də son dərəcə sərt tədbirlər görülüb”, – o əlavə edib.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!