ABŞ Prezidenti Donald Tramp 80 yaşına yaxınlaşmasına baxmayaraq, özünü yaşlı hesab etmədiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə Tramp ABŞ-ın Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Burada yaşlı insanlar varmı? Mən yaşlı deyiləm, yox. Mənim 40 yaşdan bir az çox yaşım var. Özümü də həmin yaşda olduğum kimi hiss edirəm”, – deyə o, tərəfdarlarına müraciət edib.
Tramp əlavə edib ki, idrak qabiliyyətlərini yoxlayan tibbi testdən üç dəfə uğurla keçib.
“Düşünürəm ki, prezidentliyə namizəd olan hər kəs idrak qabiliyyətlərini yoxlayan testlərdən keçməyə borclu olmalıdır”, – deyə ABŞ prezidenti vurğulayıb.